Noy 18, 2020 11:47 Asia/Baku
  • Türkiyə Parlamenti Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun qəbul edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) dünənki iclasında Azərbaycan Respublikasına hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd müzakirə olunub.

SəhərAzəri xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanmış atəşkəsdən əmin olmaq istiqamətində Bakıya qüvvələr göndərmək barədə Türkiyə parlamentinə bir layihə təqdim etmişdi.

Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Əldə edilən məlumatlara əsasən, bu qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir.   Qərarda vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir: "Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb".   Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. 

Teqlər