Noy 22, 2020 08:10 Asia/Baku
  • Türkiyə “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin fəaliyyət müddətini uzadıb

Türkiyə “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti uzadıb.

SəhərAzəri Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir, Türkiyənin "Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin  Aralıq dənizinin şərqində fəaliyyət yürüdəcəyi sahə üçün  yeni "Navtex" elanı noyabrın 29-dək uzadılıb.

Elana görə, "Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin müddəti 29 noyabradək uzadılan Aralıq dənizindəki fəaliyyətlərinə "Ataman" və "Cengizhan" gəmilər də müşaiyyət etməkdə davam edəcəklər. 

"Oruç Reis"in daha əvvəl 23 noyabra qədər bölgədə fəaliyyə göstərəcəyi elan edilmişdi. 

Qeyd edək ki, "Ataman" və "Cengiz Han" gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan "Oruç Reis" kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır.

Teqlər