• B. Yıldırım Almaniyanı tənqid edib
    B. Yıldırım Almaniyanı tənqid edib

Türkiyənin baş naziri bu ölkə vətəndaşlarından bir qrupuna sığınacaq verdiyinə görə, Almaniyanı tənqid edib

Binalı Yıldırım deyib: Almaniyanın uğursuz 15 iyul çevrilişində əllərinin olmasında ittiham olunan Türkiyə vətəndaşlarına sığınacaq vermək barədəki qərarı NATO üzvləri arasındakı gərginliyi şiddətləndiribdir.

Almaniyanın başçıları son zamanlar diplomatik pasporta malik olan 414 türkiyəliyə sığınacaq veriblər. Almaniyanın daxili işlər nazirliyi bu məsələni təsdiqləyibdir.

Türkiyə Fəthullah Güləni və onun tərəfdarlarını uğursuz 15 iyul çevrilişini tərtib etməkdə ittiham və həmin şəxslərə sığınacağın verilməsinə reaksiyada Almaniya parlamenti üzvlərinin Türkiyədə yerləşən İncirlik hava bazasında türkiyəli hərbçilərlə görüşü ilə müxalifət edibdir.

Almaniya Türkiyənin bu rəftarını tənqid edərək, bildiribdir ki, ona münasib cavab verəcəkdir.

May 17, 2017 11:19 Asia/Baku
Şərhlər