Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Vaşinqtonda üstüörtülü surətdə bildirib ki, Amerikanın Suriya kürdlərinə köməyi terrorizmə kömək deməkdir.

Frans-24 telekanalı Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşü barədə bildirib ki, sən demə, bu görüşdə məqsəd, terrorizmlə mübarizə sahəsində iki ölkə əlaqələrinin genişləndirilməsidir. Amma bu görüş ona görə, xüsusən Türkiyə üçün önəmlidir ki, Vaşinqton ötən həftə Suriyadakı kürd yarımhərbçilərə yetərincə silah və susat verəcəyinə söz vermişdi. Bu isə kəskin tərzdə Türkiyənin müxalifətilə üzləşdi. Amerikanın bu qərarı əslində Suriyadakı kürd yarımhərbçilər ilə döyüşmək üçün Türkiyənin əlinə bir bəhanə veribdir, zira Ankara onları terrorçu hesab edir.

Ərdoğan Tramp ilə görüşdən sonra keçirilən mətbuat konfransında məhz bu məsələyə təkid etdi və dedi ki, Suriyada xalqı mühafizə bölmələri PKK-nın tabeliyində olan qrupdur və nəticə etibarı ilə bu qrup terror qrupu sayılır. Türkiyə prezidenti bu sözləri deməklə əslində belə bir məsələni qabartmış olubdur ki, əgər Amerika kürd yarımhərçilərə silah verərsə, bu, o demək olacaqdır ki, ABŞ terrorçulara silah veribdir. Ərdoğan bu mətbuat konfransında vurğulayıbdır ki, Türkiyə ABŞ-ın Suriyadakı demokratik qüvvələrə kömək və onları himayə etməsini əsla qəbul etməyəcəkdir.

May 17, 2017 14:40 Asia/Baku
Şərhlər