• ABŞ Türkiyəni tənqid edib

Amerikanın Dövlət Departamentinin sözçüsü 15 iyul Türkiyədə uğursuz dövlət çevrilişinin birinci ildönümündə Vaşinqtonun Türkiyədə demokratiyanı davamlı şəkildə dəstəklədiyini vurğulayaraq Türkiyə dövlətini tənqid edib.

Türkiyə prezidenti bu hadisənin ilk ildönümü mərasimində bəzi qərb ölkələrinin çevrilişçilərə dəstək verdiklərini bildirmişdi. 

Rəcəb Tayyib Ərdoğan bəzi qərb dövlətlərinin Türkiyə xalqı ilə deyil, çevriliş həyata keçirənlərlə həmdərdliklərini bildirimələrini deyib və Amerikanı qınayıb. 

Ərdoğan dövlət çevrilişində əsas müttəhim hesab olunan Amerikada yaşayan Fətullah Gülən barədə deyib: O deyir Amerika icazə verərsə Türkiyəyə qayıdacağam amma Amerikanın icazəsindən öncə mən sənə dəvət məktubu göndərmişəm. O qayıtmayacaq ona görə ki, burada onu nəyin gözlədiyini yaxşı bilir. 

Türkiyə prezidenti deyib: Çevrilişçilər barədə 85 qutu dosye Amerikaya verdik, amma reaksiya göstərmədilər. Ədliyyə nazirimiz Amerikaya getdi, amma onu qarşılamadılar. 

Ərdoğanın bu çıxışı ilə eyni zamanda ABŞ Dövlət Departamenti uğursuz dövlət çevrilişi barədə bəyanat yayır. 

Hiser Noertun bəyanatında deyilir: Bir il öncə Türkiyənin qorxmaz xalqı hər hansı siyasi baxışına rəğmən çevrilişçilər qarşısında öz demokratiyasını müdafiə etdi. 

ABŞ Dövlət Departamenti Türkiyəni tənqid edərək bildirib: Öz demokratik cəmiyyətlərində söz azadlığı və vətəndaş hüquqlarının mühafizəsi üçün küçələrə axışanların qorxmazlığını Amerika alqışlayır. Onların etdikləri bizə demokratiyanı mühafizənin əzmkarlığa, dözümlülüyə, müxalifin və narazının fəaliyyətinə imkan verməyə və təməl azadlıqları mühafizəyə ehtiyaclı olduğunu göstərdi. 

Bu təməl azadlıqların görməməzliyə vurulmasının davam etdirilməsi demokratik cəmiyyətin təməllərini dağıdır. Həssas və böhranlı anlarda az deyil, çoxlu səsləri eşitmək zəruridir. 

 

Jul 15, 2017 12:16 Asia/Baku
Şərhlər