• İŞİD terrorçusu Türkiyənin rolundan danışdı
    İŞİD terrorçusu Türkiyənin rolundan danışdı

Həbs edilən bir İŞİD terrorçusu bu terror qrupunun üzvlərinin Suriyaya daxil olmasında Türkiyənin rolundan danışıb. O deyib ki, Türkiyə silahlıların Suriya ərazisinə daxil olmalarına zəmanət verib.

Əl-Aləmin verdiyi məlumata görə, Suriyadakı kürdlər tərəfindən tutulan Tunisli terrorçu deyib: İstanbulun Aeroportunda insanlara Suriyaya necə getmək üçün yol göstərənlər var. 

Bu İŞİD terrorçusu deyib: Bu şəxslər Türkiyənin quru sərhədləri yaxud hava limanı vasitəsi ilə Suriyaya daxil olurlar.

Suriyada müharibənin başlanmasından və bu ölkədə İŞİD terrorçularının fəaliyyətindən bəri Türkiyə dövləti bu qrupun ünsürlərini Suriya ərazisinə ötürməkdə ittiham edilir.  

Jul 16, 2017 20:59 Asia/Baku
Şərhlər