• Hüseyn Nəqəvi

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü sionist rejimin regionda su böhranının yaranmasında rolunun olduğunu deyib: GAP projesinin icrası ilə İran, İraq və Suriya zərər çəkir.

İSNA-nın məlumatına görə, Hüseyn Nəqəvi Hüseyni Türkiyədə GAP su projesinə toxunaraq deyib: Əgər sərhədlərdən kənar çaylardan hesablamalardan kənar istifadə olunarsa, ətraf bölgələrin quruması ilə böhran yaranacaq. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: Sionist rejimin Aralıq dənizi kənarında yerləşdiyinə görə su problemi yoxdur. Dəclə və Fəratdan faydalanan, GAP-ın çıxışında əhəmiyyətli region ölkələri investisiya baxımından əsaslı rola malik olmalıdırlar. 

O əlavə edib: Bu proje İraq, Suriya və İrana zərbə vurur və xalqları tarixi haqdan məhrum edəcək. 

GAP projesində 22 su bəndi və 15 elektrik stansiyası nəzərdə tutulub. Türkiyənin cənub-şərqində 8 böyük və ortamiqyaslı su bəndi, o cümlədən Fərat çayı üzərində Atatürk və Dəclə çayı üzərində İlis Su bəndləri inşa olunub. 

Jul 17, 2017 10:46 Asia/Baku
Şərhlər