• ABŞ-ın kürdlərə dəstəyi terrorizmin yayılmasına səbəb olur

Türkiyənin xarici işlər naziri deyib: Amerikanın Suriyanın şimalındakı kürdlərə dəstəyi terrorizmin yayılmasına region ölkələrində destabillyə səbəb olur.

İRNA-nın verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən Ankarada deyib: ABŞ-ın PYD və PYG-ni himayə etməsi regiondakı digər terrorçu qrupların da daha da sərbəst olmalarına zəmin yarada bilər. 

Bəzi ekspertlərə görə Türkiyə və Amerika terrorizm ilə mübarizə mövzusunda ikili siyasətə malik olublar və biri-birlərini terrorizmi himayə etməkdə ittiham edirlər. Bu iki ölkənin Suriya və İraqdakı terrorçu qruplara dəstəyi indiyədək minlərlə günahsız insanın ölümü ilə nəticələnib. 

Aug 11, 2017 09:19 Asia/Baku
Şərhlər