• Adanada 20 PKK-çı saxlanılıb
    Adanada 20 PKK-çı saxlanılıb

Türkiyə polisi ölkənin cənubunda Adana şəhərində keçirdiyi əməlyyatda PKK ilə əməkdaşlıq ittihamı ilə 20 nəfəri həbs edib.

Türkiyədə çıxan Milliyyət qəzetinin yazdığına görə, aralarında qadınların da olduğu saxlanılanlar bu gün səhər Türkiyə polisinin terrorizm ilə mübarizə idarəsinin Adana şəhərində onların evləri və iş yerlərinə hücumunda yaxalanıblar. 

Saxlanılanlar istintaq üçün Adana polis mərkəzinə köçürülüblər. 

Son iki ay ərzində Türkiyə polisi geniş əməliyyatlar həyata keçirərək yüzlərlə PKK-çını ölkənin müxtəlif bölgələrində həbs edib. 

Aug 11, 2017 15:01 Asia/Baku
Şərhlər