• Federika Moqerini
    Federika Moqerini

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin davam etdiyini deyib.

İRİB-nin verdiyi məlumata görə, Almaniya və Türkiyə əlaqələrində gərginliyin davam etdiyi bir şəraitdə Moqerini bazar ertəsi günü axşam Sloveniyada Bled Strategiya Forumunda deyib: Avropa Birliyi Türkiyə ilə münasibətlərə daim bu ölkənin AB-yə üzvlüyü ilə bağlı müzakirə prizmasından yanaşacaq. 

Almaniya və Türkiyə arasındakı gərginlik ötən aylar ərzində xeyli artıb. 

Almaniyada keçiriləcək seçkilərin əsas namizədləri olan Sosial Demokrat Partiyasının rəhbəri Martin Şultz və Xristiyan Demokrat Partiyasının rəhbəri, hazırkı kansler Angela Merkel bazar günü baş tutan debatda Türkiyənin Avropa Birliyinə üzv olmamalı olduğunu deyiblər. Martin Şultz hətta, seçkilərdə qələbə çalacağı təqdirdə Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri sonlandıracağını deyib. 

Sep 05, 2017 09:14 Asia/Baku
Şərhlər