• Türkiyə ordusu tam hazır vəziyyətə gətirilib

Türkiyənin hərbi və təhlükəsizlik qüvvələri İŞİD terrorçularının İraqdan bu ölkəyə daxil olmaları ilə mübarizə üçün tam hazır vəziyyətə gətiriliblər.

İraqda Mosul və Təl-Əfər şəhərlərinin azad edilməsi əməliyyatlarının ardınca yüzlərlə İŞİD üzvü Türkiyə sərhədlərinə tərəf qaçıbdır.

Türkiyənin təhlükəsizlik və kəşfiyyat təşkilatı- MİT İraqdan qaçmış İŞİD-çilərin Türkiyə ərazisində terror əməliyyatları keçirmələri barədə xəbərdarlıq edib.

Türk hərbi qüvvələrin qaçan terrorçularla mübarizə üzrə hazırlıqları elə bir haldadır ki, bu ölkə ötən illərdə terrorçuların İraqa və Suriyaya daxil olmaları üçün ən asan yol olubdur.

Sep 08, 2017 20:56 Asia/Baku
Şərhlər