• Avropa ölkələri Almaniyanın Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrin durdurulması istəyinə qarşı çıxdılar
    Avropa ölkələri Almaniyanın Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrin durdurulması istəyinə qarşı çıxdılar

Avropa Birliyinə üzv bir neçə ölkənin xarici işlər nazirləri Almaniyanın Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrin durdrulması üzrə istəyi ilə müxalifət ediblər.

İRNA-nın məlumatına görə, Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri cümə axşamı və cümə günü Estoniyada baş tutan qeyri-rəsmi iclasda Almaniyanın Türkiyə ilə müzakirələrin dayandırılması üzrə istəyini rədd edərək, Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin davam etdirilməsini istəyiblər.

Almaniya kansleri Angela Merkel və Almaniyanın Sosial Demokrat Partiyasının sədri Martin Şultz 24 sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin təxirə salınmasını və ya bu danışıqların dayandırılmasını istəmişdilər. 

Lüksemburqun xarici işlər naziri Jan Asselborn Berlinin Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması üzrə istəyinə qarşı çıxdığını bildirib.

Finlandiyanın xarici işlər naziri Timo Soini də deyib: Türkiyədə insan haqları ilə bağlı problemlər olsa da, müzakirələrin dayandırılması məqsədəuyğun hesab edilmir.

Latviyanın xarici işlər naziri Linas Linkevisis də Türkiyə ilə müzakirələrin davam etdirilməli olduğunu bildirib.

Almaniya və Türkiyə əlaqələri ötən bir neçə ayda xeyli pisləşib. Xüsusi ilə Türkiyədə 15 iyul 2016-cı il tarixində dövlət əleyhinə uğursuz çevriliş cəhdinin ardınca başlanan həbs dalğası Almaniya və bəzi avropa ölkələri tərəfindən Türkiyə əleyhinə qarapiyar kampaniya üçün bir bəhanəyə çevrilib.

 

 

Sep 09, 2017 20:06 Asia/Baku
Şərhlər