• Ankara: Almaniyaya səfər edən Türkiyə vətəndaşları rasistlərin hücumlarından ehtiyatlı olsunlar
    Ankara: Almaniyaya səfər edən Türkiyə vətəndaşları rasistlərin hücumlarından ehtiyatlı olsunlar

Türkiyə xarici işlər nazirliyi bir bəyanatda Almaniyaya səfər edən Türkiyə vətəndaşlarının bu səfər zamanı rasistlərin hücumlarından ehtiyatlı olmalarını istəyib.

Türkiyə xarici işlər nazirliyinin dünən yaydığı bəyanatda Türkiyə vətəndaşlarından istənilibdir ki, Almaniyaya səfər zamanı bu ölkədə rasist rəftarlar, şifahi və fiziki hücumlar qarşısında ehtiyatlı olsunlar.

Türkiyə xarici işlər nazirliyi həmçinin bildirib ki, alman siyasətçiləri Türkiyə ilə düşmənçiliyi və bu ölkənin Avropa Birliyinə qoşulmasına mane olmağı öz seçki təbliğatlarının əsası qərar veriblər. Türkiyə xarici işlər nazirliyi eyni zamanda bildirib ki, Almaniyadakı mövcud siyasi atmosfer radikal sağçlığa və hətta rasizmə doğru yönəlibdir.

Bəyanatda deyilir: Almaniyanın müxtəlif şəhərlərində türklər daxil olmaqla xarici vətəndaşlara aid məhəllələr məlum olmayan səbəblər üzündən yanğına və ya xaricilərin ölümü ilə nəticələnən hadisələrə düçar olurlar.

Sep 10, 2017 09:46 Asia/Baku
Şərhlər