Müxaliflərə təzyiqin göstərilməsi və jurnalistlərin həbs olunması ilə bağlı Hakim Ədalət və İnkişaf Partiyasına, həmçinin Türkiyə prezidentinə qarşı etirazlar artıbdır.

Türkiyədə Azad Jurnalistlər Cəmiyyətinin üzvləri İstanbulun Kadıköy məntəqəsinə toplaşaraq, Gülən qrupu ilə həmkarlıq ittihamı ilə həbs olunmuş jurnalistlərin azadlığa buraxılmalarını istəyiblər.

Azad Jurnalistlər Cəmiyyətinin üzvləri xalqı müttəhimlərin məhkəməsi günündə məhbus jurnalistlərə dəstək verməyə çağırıblar.

Ötən ilin iyulunda Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişindən sonra 110 min nəfərdən çox insan, o sıradan minlərlə ordu və polis zabiti xidmətdən uzaqlaşdırılıb və 32 mindən çox dövlət işçisinin fəaliyyəti də dayandırılıbdır.

Bu müddətdə habelə onlarla jurnalist və 14 məclis üzvü zindana atılıb və 140-dan çox media da bağlanıbdır.

Türkiyə dövləti iddia edir ki, Gülən bu çevrilişin əsas konstruktoru olub, lakin Gülən bu iddianı rədd edərək, iddia edir ki, Türkiyə dövləti bu bəhanə ilə müxaliflərə divan tutmaq və prezident və hakim Ədalət və İnkişaf Partiyası üçün qüdrətə zəmin yaratmaq niyyətindədir.

 

 

Sep 11, 2017 11:47 Asia/Baku
Şərhlər