• Türkiyə Rusiyadan S-400 sisteminin satın alınmasını ləğv edə biləcəyini açıqladı
    Türkiyə Rusiyadan S-400 sisteminin satın alınmasını ləğv edə biləcəyini açıqladı

Türkiyənin xarici işlər naziri ölkəsinin Rusiyadan S-400 raket sisteminin satın alınması müqaviləsini ləğv etməsi ehitmalından danışıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın S-400 raket müdafiə sisteminin birgə istehsalı sahəsində Moskva ilə razılığa gələ bilməyəcəyi halda, bu sistemin Rusiyadan alınmasını ehtimal üzrə ləğv edəcəyini bildirib.

Çavuşoğlu ölkəsinin öz hava məkanını qorumaq üçün bu sistemə təcili ehtiyacının oldğunu bildirib . Türkiyə bu sistemin birgə qurulması sahəsində Rusiya ilə razılaşmazsa, alternativ seçimlər ardınca ola bilər.

Moskva və Ankara ötən sentyabrda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı S-400 sisteminin köçürülməsi barədə razılaşma imzalamışdılar.

Oct 10, 2017 08:58 Asia/Baku
Şərhlər