• Türkiyənin ordu qüvvələri İdlibə daxil olublar
    Türkiyənin ordu qüvvələri İdlibə daxil olublar

Türkiyə ordusunun baş qərargahı bu ölkənin hərbi qüvvələrinin Suriyada əməliyyatlara başladıqlarını və İdlibə girdiklərini bildirib.

Türkiyə ordusunun baş qərargahı bazar ertəsi günü bir bəyanatda bildirib ki, Türkiyə ordusunun qüvvələri Astana-6 müzakirələrində əldə olunmuş razılaşmaya əsasən, eləcə də Suriyada atəşkəsin icrası istiqamətində, atəşkəs üzrə üç zamin ölkə olaraq Türkiyə, Rusiya və İran arasında 30 sentyabr 2016-cı il tarixində imzalanmış razılaşmanın davamında   İdlibə daxil olublar.

Türkiyə ötən ay Qazaxıstanın Astana şəhərində keçirilən Suriya sülh müzakirələrindən sonra Suriya ilə sərhəddə öz qüvvələrini gücləndirməyə başlayıbdır.

Oct 10, 2017 09:36 Asia/Baku
Şərhlər