• Türkiyədə fövqəladə durum altıncı dəfə uzadılacaq
    Türkiyədə fövqəladə durum altıncı dəfə uzadılacaq

Türkiyənin baş nazir müavini dünən bildirib ki, 2016-cı ilin iyulunda həyata keçirilmiş uğursuz çevrilişdən sonra bu ölkədə icraya qoyulmuş fövqəladə vəziyyət altıncı dəfə olaraq uzadılacaq.

Bəkir Bozdağ dünən Ankarada deyib: Türkiyə başçılarının qərarı ilə, yanvarın 19-da başa çatacaq fövqəladə durum altıncı dəfə və daha üç ay müddətinə uzadılacaqdır.

Bozdağ vurğulayıb: Bu məsələ dövlət tərəfindən parlamentə təqdim olunmazdan öncə ölkənin milli təhlükəsizlik şurasının növbəti iclasında gündəmdə duracaq.

Fövqəladə durumun icrası Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın müxalifi olan Fəthullah Gülənin tərəfdarlarının həbs olunmaları istiqamətində bu ölkənin təhlükəsizlik başçılarının ixtiyarlarını artırmış olur.

Jan 09, 2018 11:27 Asia/Baku
Şərhlər