• Türkiyədən Amerikaya xəbərdarlıq
    Türkiyədən Amerikaya xəbərdarlıq

Türkiyə prezidenti ABŞ rəsmilərinə xəbərdarlıq edərək, deyibdir ki, amerikalıların Fəthullah Güləni Türkiyəyə təhvil vermədikləri təqdirdə rəsmi Ankara cavab addımları atacaqdır.

Rəcəb Tayyib Ərdoğan dünən bu xəbəri verərək deyib: Ankara Amerikanın xahişinə görə, indiyə kimi terrorçuluqda şübhəli bilinən 12 nəfəri həmin ölkəyə təhvil verib, amma amerikalılar Türkiyədə 15 İyul 2016-cı il dövlət çevrilişinin amili olan Fəth Güləni bu günə qədər təhvil verməkdən çəkiniblər və Ankara Amerika başçılarının bu ziddiyyətli siyasətlərini cavablandıracaqdır.

Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən ABŞ-ın Güləni Türkiyəyə vermədiyi, eləcə də Ağ Evin Suriyadakı YPG qüvvələrini himayə etdiyi üçün Ankara ilə Vaşinqton arasındakı əlaqələrin kəskinləşdiyini bildirib.

Ankara dəfələrlə Vaşinqtondan Güləni Türkiyəyə təhvil verməsini istəyib, amma ABŞ rəsmiləri bu ölkədəki məhkəmələrin Gülənin Türkiyəyə təhvil verilməsi üçün yetərli sənəd və sübutlara ehtiyaclı olduqlarını bildiriblər.

Jan 12, 2018 10:03 Asia/Baku
Şərhlər