• Türkiyədə dövlət orqanlarından çıxarılmış işçilər geri dönürlər
    Türkiyədə dövlət orqanlarından çıxarılmış işçilər geri dönürlər

Türkiyə nazirlər kabineti bir sərəncamda dövlət orqanlarından çıxarılmış min səkkiz yüzdən çox işçinin öz iş yerinə qayıtması ilə razılaşıb.

Türkiyə nazirlər kabinetinin yeni sərəncamına əsasən, Gülən qrupuna üzvlük və ya bu qrupla əlaqədə olmaq, eləcə də Gülən amillərinin bir-birilərilə əlaqə saxlamaq üçün istifadə etdikləri Bay Lak(ByLock) mesaj proqramından istifadə etməkdə ittiham olunan 1823 dövlət işçisi dövlət idarələrindəki iş yerlərinə geri dönmək icazəsi əldə edib.

2016-cı il 15 iyul çevrilişində 249 nəfər ölüb, 2193 nəfər də yaralanıbdır.

Uğursuz 15 iyul çevrilişi amillərinin mühakiməsi Türkiyə məhkəmələrində davam edir və onda, Gülən birinci dərəcəli müttəhim kimi təqdim olunub.

Gülən ona vurulan ittihamı rədd edir.

Jan 12, 2018 12:37 Asia/Baku
Şərhlər