Jan 17, 2018 16:57 Asia/Baku
  • Ərdoğan: Suriyada Amerika tərəfindən sərhəd qüvvələrinin yaradılması qəbuledilməzdir

Türkiyə prezidenti deyib: Suriyada ABŞ tərəfindən sərhəd təhlükəsizliyi qüvvələrinin yaradılması qəbuledilməzdir.

Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən NATO-nun baş katibi Yines Stoltenberq ilə telefon əlaqəsi saxlayaraq, Suriyada, Türkiyə ilə sərhəd məntəqədə sərhəd təhlükəsizliyi qüvvələrinin yaradılması və bu qüvvələrin Suriya kürdlərinin nəzarəti altına verilməsi barədə səsləndirilən fikirləri Türkiyənin maraqlarına zidd adlandırıb.

Türkiyə prezidenti deyib: Bu addım Suriyanın sabitliyi və ərazi bütövlüyünün qorunmasına xidmət etməyəcək.

Ərdoğan deyib: NATO-ya üzv bəzi ölkələrin terrorçular ilə əməkdaşlıq etməsi anlaşılmazdır.

Türkiyə prezidenti həmçinin deyib: Ankara son Suriya hadisələri qarşısında lazımi tədbirlər həyata keçirəcək və öz milli təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa edəcək.

NATO-nun baş katibi Yiens Stoltenberq də bu telefon söhbətində deyib: Terror hücumları qarşısında özünü müdafiə etmək Türkiyənin haqqıdır.

Stoltenberq əlavə edib: Türkiyə NATO üçün önəmli ölkədir.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın sözçüsü Rayan Dillon Suriya kürdlərinin iştirakı ilə Türkiyə sərhədlərinə yaxın ərazidə 30 minlik sərhəd təhlükəsizliyi qüvvələrinin yaradılmasından xəbər verib.

Teqlər

Şərhlər