• Suriyanın şimalında bir neçə türk hərbçisi ölüb və yaralanıb
    Suriyanın şimalında bir neçə türk hərbçisi ölüb və yaralanıb

Türkiyə Kütləvi İnformasiya Vasitələri Suriyanın şimalında 6 türk hərbçisinin həlak olması və yaralanmasından xəbər veriblər.

Türkiyənin Hürriyyət qəzeti bildirib: Bu ölkə ordusunun Suriyanın şimalında Afrin şəhəri ətrafında kürd yaraqlılara qarşı Zeytun Budağı əməliyyatının davamında 1 türk hərbçisi həlak olub, beş nəfər yaralanıb. 

Türkiyə ordusu bundan öncə Suriyanın şimalında həlak olan hərbçilərinin sayını 16 nəfər elan etmişdi. Bu rəqəm Türkiyə ordusunun tərəfdarı olan "Azad Suriya Ordusu" qrupunun tələfatına şamil olmur. Bu qrupun tələfatı isə təxminən 300 nəfər elan olunub. 

Hürriyyət qəzeti həmçinin Afrin şəhəri ətrafında güclü döyüşlərin getdiyini bildirirək yazıb: Bu əməliyyatda 6 mindən çox Türkiyə hərbçisi iştirak edir. 

Qəzetin bildirdiyinə görə, Zeytun Budağı əməliyyatının 21-ci gününün sonuna qədər 1062 kürd yaraqlısı öldürülüb. 

Teqlər

Feb 10, 2018 10:21 Asia/Baku
Şərhlər