• Türkiyənin bir ədəd helikopteri süqut edib

Türkiyənin cənub-şərqində, Hatay vilayətində, Suriya ilə sərhəd məntəqədə bir ədəd helikopteri süqut edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan şənbə günü ölkənin cənub-şərqində yerləşən Hatay vilayətində Türkiyə ordusuna məxsus bir ədəd helikopterin terrorçu YPG silahlıları tərəfindən vurulmasına işarə edərək, deyib: Bu cinayət terrorçulara baha başa gələcək.

Türkiyənin baş naziri Binali Yıldırım da bu barədə deyib: Türkiyə ordusunun hava qüvvələrinə məxsus helikopterin vurulması hadisəsində 2 hərbçi həyatını itirib.

Feb 11, 2018 10:21 Asia/Baku
Şərhlər