• Türkiyə Yunanıstana xəbərdarlıq etdi

Türkiyənin baş naziri Egey dənizindəki adalarla bağlı Ankara və Afina arasındakı son gərginliklərə reaksiya olaraq deyib: Ankara və Afina arasında gərginlikdən çəkinmək hər iki ölkənin xeyrinədir.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Binali Yıldırım çərşənbə günü Afinaya xəbərdarlıq edərək, Edey dənizindəki adalarla bağlı ölkəsi və Yunanıstan arasında qarşıdurmanın baş verməsi ehtimalından söz açıb və deyib: Bu xüsusda yaşanacaq hər hansı məsələyə görə, sadəcə Türkiyə deyil Yunanıstan da məsuliyyət daşımış olacaq.

Yıldırım əlavə edib: Yunanıstan Kardak qaya adası ilə bağlı hüquq normaları çərçivəsində rəftar etməlidir.

Türkiyə və Yunanıstan Egey dənizindəki bəzi adalar o cümlədən Kardak adasının mülkiyyəti ilə bağlı ixtilaflara malikdirlər. Zaman-zaman bu ixtilaflar iki ölkə arasında gərginliyin artmasına səbəb olur. Belə ki, 1996-cı ildə bəzi nasist yunanların Kardak adasına Yunanıstan bayrağı sancmasının ardınca iki ölkənin dəniz qoşunları və hava qüvvələri hərbi toqquşmanın bir addımlığına qədər yaxınlaşmış oldular.

Teqlər

Feb 14, 2018 19:07 Asia/Baku
Şərhlər