• Türkiyə ABŞ-ın kürdləri silahlandırması ilə bağlı bəhanəsinə sərt reaksiya verib

Türkiyənin baş naziri ABŞ-ın Suriyanın şimalında kürdləri silahlandırması ilə bağlı gətirdiyi bəhanələri rədd edərək, deyib: ABŞ-ın məqsədi iddia etdiyinin əksinə olaraq, terrorçularla mübarizə aparmaq deyil.

Rusiya Əl-Yəum informasiya portalının verdiyi məlumata görə, Binali  Yıldırım deyib: Vaşinqton heç bir əsası olmayan İŞİD təhlükəsini bəhanə edərək, Suriyanın şimalında kürdlərin silahlandırılmasını davam etdirir. Halbuki, İŞİD terror qruplaşması artıq səhnədən silinib və kürd yaraqlılarını silahlandırmağın heç bir əsası yoxdur.

Türkiyənin baş naziri əlavə edib: Amerika Suriyanın şimalında, Türkiyə sərhədlərinə yaxın ərazilərdə kürdləri silahlandırmaqla Ankaranın narahatlığına səbəb olub.

Türkiyə 20 yanvar 2018-ci il tarixindən "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayaraq, Suriyanın şimalında, Afrin şəhərində kürd yaraqlılarına qarşı önləyici tədbirlər görməyə çalışır.

 

Feb 14, 2018 20:02 Asia/Baku
Şərhlər