• Ərdoğanın Türkiyənin reytinqinin azaldılmasına reaksiyası
    Ərdoğanın Türkiyənin reytinqinin azaldılmasına reaksiyası

Türkiyə prezidenti reytinq müəssisəsi tərəfindən ölkəsinin reytinqinin azaldılmasını Türkiyənin sıxışdırılması istiqamətində atılmış addım adlandırıb.

Röyters-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar günü hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında "Moody-s" müəssisəsi tərəfindən Türkiyənin etibarının azaldılmasına reaksiya olaraq deyib: Bu kimi müəssisələr Türkiyəni kənara sıxışdırmağa çalışırlar. Maliyyə bazarları onlara fikir verməməlidirlər.

Moody-s müəssisəsi Türkiyənin etibarlılıq dərəcəsini "Ba1"-dən "Ba2"-yə endirib. Bu dərəcə xarici sərmayə qoyuluşu üçün lazım olan etibarlılıq dərəcəsindən 2 pillə aşağıdır.

Türkiyənin etibarlılıq dərəcəsinin azaldılması ilə Türk lirəsi avro və dollar qarşısında dəyər itirib.

Teqlər

Mar 11, 2018 17:38 Asia/Baku
Şərhlər