• Şəhrekordda Türkiyə təyyarəsinin qara qutusu aşkar edilib
    Şəhrekordda Türkiyə təyyarəsinin qara qutusu aşkar edilib

İranın qərbində yerləşən Cəharməhal və Bəxtiyari valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Şəhrekord şəhəri ətrafında Türkiyənin süqut etmiş təyyarəsinin qara qutusunun tapılmasından xəbər verib.

Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərindən İstanbula uçan şəxsi reaktiv təyyarə tipindən olan bir ədəd Türkiyə təyyarəsi dünən axşam İranın Cəharməhal və Bəxtiyari vilayətinin Şəhrekord şəhərinin ətrafında süqut edib və onun on bir sərnişini həyatını itiribdir.

Cəharməhal və Bəxtiyari valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Cəfər Mərdani bu gün IRNA ilə müsahibədə deyib ki, qanuni prosesləri keməsi üçün bu təyyarənin qara qutusunun köçürülməsi barədə göstəriş verilib.

Mərdani əlavə edib: Türkiyədən olan nümayəndələr həlak olanların ailələri ilə yanaşı az sonra Şəhrekord hava limanına daxil olacaqlar.

Cəharməhal və Bəxtiyari valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini həmçinin aşkar edilmiş on cəsədin, üzərində qanuni işlərin görülməsi məqsədilə vertolyotla Şəhrekord hava limanına köçürülməsindən xəbər verib.

İranın Cəharməhal və Bəxtiyari vilayətinin Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə işləri üzrə sədr müavini Reza Zaheri də bu haqda belə deyib: Türkiyə təyyarəsinin on bir sərnişinindən onunun cəsədi tapılıb və digər həlak olmuş şəxsin axtarışı üzrə səylər davam edir.

Zaheri əlavə edib: Şiddətli bədən xəsarəti və yanıq üzündən, tapılmış on cəsəddən ikisinin şəxsiyyətinin müəyyən edilməsi mümkünsüzdür.

Mar 12, 2018 09:57 Asia/Baku
Şərhlər