Partlayışda üç türk hərbçisi ölüb
Türkiyənin cənubunda Diyarbəkir vilayətində partlayış nəticəsində üç hərbçi ölüb.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, çərşənbə günü Türkiyə ordusu qüvvələri karvanının Diyarbəkir vilayətində keçdiyi yolun üzərində törədilən partlayışda dörd hərbçi də yaralanıb.
Türkiyə KİV-i bildirib ki, bu bomba PKK qruplaşması tərəfindən yerləşdirilib.
PKK 30 ildən artıqdır ki, Türkiyənin mərkəzi höuməti ilə silahlı şəkildə savaşır.