• Türkiyənin cənub-şərqində üç PKK üzvü öldürülüb
    Türkiyənin cənub-şərqində üç PKK üzvü öldürülüb

Türkiyə mediaları bu ölkənin cənub-şərqində üç PKK üzvü öldürülməsindən xəbər veriblər.

Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətinin yerli rəsmiləri bildiriblər ki, bu üç PKK üzvü təhlükəsizlik qüvvələrinin bazar günü "Cəbəl Cudi" məntəqəsində həyata keçirdikləri hücumda öldürülübdür.

Şirnak vilayətinin yerli rəsmiləri əlavə ediblər: Türkiyə qüvvələrinin PKK-nın "Cəbəl Cudi" məntəqəsindəki mövqelərinə qarşı əməliyyatı davam edir.

2012-ci ilin dekabrında başlanmış Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2015-ci ilin iyulunda bu ölkənin Suruç şəhərində partlayışın baş verməsinin ardınca dayandı və sonra Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumları bərpa etdilər.

Türkiyə dövləti bildiribdir ki, daha kürdlər böhranı üçün siyasi həll yolundan söz gedə bilməz və PKK böhranın diplomatik həlli üzrə şansını itiribdir.

Apr 09, 2018 09:14 Asia/Baku
Şərhlər