• Türkiyə baş naziri ABŞ və Rusiyaya səsləndi: Küçə davasına son qoyun

Türkiyənin baş naziri Binali Yıldırım ABŞ və Rusiya başçıları arasındakı Suriya ilə bağlı söz atışmasını tənqid edərək, deyib: Küçə davasına son qoyun.

İRNA-nın məlumatına görə, Binali Yıldırım çərşənbə günü axşam İstanbulda keçirilən 21-ci Avrasiya İqtisadiyyat Forumunda ABŞ və Rusiya başçılarına xitabən deyib: Bir-birinizi təhdid etmək yerinə, Suriya böhranına son qoymaq üçün real çarə axtarın. 

Binali Yıldırım hazırkı dünyanın təhlükələrinə və BMT TŞ-nin daimi üzvlərinin üzərinə düşən məsuliyyətə işarə edərək, böyük qüdrətlərin başçıları tərəfindən bir-birinə qarşı təhdid xarakterli Tvitlərin yayılmasını tənqid edib. 

Yıldırım kimin daha güclü olduğunu sübut etmək üçün davam etmək yerinə, bütün tərəflərin ikili standartları bir kənara qoyaraq, terrorizm ilə mübarizədə əməkdaşlıq etməsini, Suriya və İraqda terrorizmin kökünü kəsməkdə bu ölkələrə yardım etmələrini istəyib. 

Apr 12, 2018 09:21 Asia/Baku
Şərhlər