• Türkiyə ABŞ-ın Suriyaya hücumuna münasibət bildirib
    Türkiyə ABŞ-ın Suriyaya hücumuna münasibət bildirib

Türkiyə hökumətinin sözçüsü Amerika və onun müttəfiqlərinin Suriyaya qarşı hərbi hücumuna münasibət bildirərkən deyib: Hərbi hücum Suriya böhranının həlli üçün münasib yol deyil.

İRNA-nın verdiyi məlumata görə, Türkiyə hökumətinin sözçüsü Bəkir Buzdağ Suriyaya qarşı hərbi hücumun bu ölkə böhranına heç bir kömək etməyəcəyini bildirərək deyib: Suriyada mənfətçil niyyətdən kənar siyasi həll yolu bu ölkə böhranına son qoymağın məntiqli yoludur. 

Buzdağ Turkiyənin ABŞ-ın Suriyaya hərbi hücumundan öncədən xəbərdar olduğunu bildirərək deyib: Bu hücumda Türkiyənin incerlik hava bazasından istifadə olunmayıb. 

Amerika bu gün səhər Britaniya və Fransa ilə birlikdə Dumaya qarşı iddia olunan kimyəvi hücumu bəhanə edərək Suriyaya hərbi hücum etdi. 

Apr 14, 2018 19:48 Asia/Baku
Şərhlər