• Ərdoğan Rusiya və Fransa prezidentləri ilə telefon əlaqəsi saxlayıb
    Ərdoğan Rusiya və Fransa prezidentləri ilə telefon əlaqəsi saxlayıb

Türkiyə prezidenti rusiyalı və fransız həmkarı ilə telefon əlaqəsi saxlayaraq, Amerika, Britaniya və Fransanın Suriyaya olan son hücumu barədə danışıqlar aparıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan şənbə günü Rusiya prezidenti Rəcəb Təyyib Ərdoğan ilə saxladığı telefon əlaqəsində deyib: Bölgədəki gərginlik bundan artıq böhranlı hal almamalıdır. 

İki tərəf bu telefon danışığında Suriyada gərginliyin azaldılması və böhranın siyasi yolla həll edilməsi məsələsində əzmkar olduqlarına təkid edərək, ikitərəfli və regional məsələlərin həlli üzrə ahəngdarlığın artırılmasına təkid ediblər. 

Türkiyə prezidenti həmçinin, Fransa prezidenti ilə telefon əlaqəsi saxlayaraq, ABŞ, Britaniya və Fransanın Suriyaya olan hücumu haqda danışıb. 

Bu telefon danışığında Fransa prezidenti türkiyəli həmkarını Suriyaya olan hücumla bağlı məlumatlandırıb. 

Ərdoğan da Suriyada sülhün bərqərar edilməsi və xalqın təhlükəsizliyinin qorunması üçün siyasi həll yoluna təkid edib. 

Amerika, Britaniya və Fransa şənbə günü səhər Suriyaya raket zərbələri endiriblər.

Apr 15, 2018 08:56 Asia/Baku
Şərhlər