May 04, 2018 17:40 Asia/Baku
  • İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb
    İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Türkiyənin Tehrandakı səfiri bildirib ki, kitab İran-Türkiyə mədəni əlaqələrinin genişlənməsində mühüm rol oynaya bilər. O, iki ölkənin bu zəruri sahəyə dəstək verməsi vacibliyini vurğulayıb.

Rza Hakan Tekin bu gün Tehran kitab sərgisindən baxış keçirərkən əlavə edib:  İranlı rəsmilərlə kitab sahəsi üzrə müxtəlif layihələr barədə yaxşı danışıqlar aparılıb və icra olunacağı halda, iki ölkənin mədəni əlaqələrinin genişlənməsinə kömək edə bilər.

Türkiyənin Tehrandakı səfiri həmçinin Tehran kitab sərgisindən baxış keçirməzdən öncə İranın islami mədəniyyət və irşad nazirinin müavini Mohsen Cəvadi ilə görüşdə iki ölkə əlaqələrini son dərəcə güclü adlandırıb və ümid etdiyini bildiribdir ki, yaxın gələcəkdə iki ölkənin mədəniyyət həftələri keçiriləcək.

İranın islami mədəniyyət və irşad nazirinin müavini Mohsen Cəvadi də bildirib ki, Tehran kitab sərgisində təqdim olunan kitabların bir hissəsi İstanbul kitabxanalarındandır, O, ümid etdiyini bildiribdir ki, İstanbulda fars dilinin gücləndirilməsi üzrə fondun təsisi və iki ölkənin mədəniyyət cəmiyyəti məsələləri izləniləcək.

31-ci beynəlxalq kitab sərgisi "kitab oxumamağa-yox!" şüarı ilə mayın 2-dən 12-dək Tehran mosəllasında keçirilir.

 

Teqlər

Şərhlər