• Türkiyə ABŞ-a xəbərdarlıq etdi

Türkiyənin iqtisadiyyat naziri ABŞ-a bu ölkədən idxal edilən polad və alüminium üçün gömrük taariflərini artırması barədə xəbərdarlıq edib.

TRT telekanalının verdiyi məlumata görə, Nihat Zeybəkçi dünən şənbə ABŞ-ın idxal olunan polad və alüminium üçün gömrük tarriflərini artırmasına işarə edərək, Çin, Hindistan və Türkiyə üçün bu məsələdə hansısa güzəştin nəzərə alınmadığını bildirib və deyib: Əks təqdirdə Ankara ABŞ-ın bu hərəkətinə qarşılıq verəcək.

Bu məlumata görə, ABŞ prezidenti Donald Tramp Cənubi Koreya, Braziliya, Meksika, Kanada və Avropa Birliyinə üzv ölkələrdən idxal edilən alüminium və polad üçün müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu təyin edib.

Ötən il Türkiyə Amerikaya 1 milyard 200 milyon dollar dəyərində polad ixrac edib.

Türkiyənin Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ölkə ötən il 13 milyard 800 milyon ton polad və polad məhsulları ixrac edib.

May 13, 2018 18:55 Asia/Baku
Şərhlər