• Ərdoğan: Qüds Fələstinin paytaxtıdır
    Ərdoğan: Qüds Fələstinin paytaxtıdır

Türkiyə prezidenti Qüdsün İsrail rejiminin paytaxtı olaraq tanınması istiqamətində atılan addımlara baxmayaraq, Qüdsün Fələstinin paytaxtı olaraq qalacağını deyib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Britaniyaya olan səfəri çərçivəsində Londonda etdiyi çıxışında ABŞ hökumətinin bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarına işarə edərək, deyib: 128 ölkə tam aşkar formada BMT-nin Baş Assambleyasında bu qərara qarşı çıxdı. 

Türkiyə prezidenti Londonda tələbələr qarşısında etdiyi çıxışında deyib: Bəzi ölkələr aldıqları qrantların müqabilində Vaşinqtonun qərarını himayə etdilər. 

14 may 1948-ci ildə sionistlərin Britaniyanın köməyi ilə Fələstin ərazilərini işğal etməsi "Fəlakət Günü" olaraq qeyd olunur.

Teqlər

May 14, 2018 17:24 Asia/Baku
Şərhlər