• Türkiyə Vaşinqton və işğal olunmuş Fələstindəki səfirlərini geri çağırıb
    Türkiyə Vaşinqton və işğal olunmuş Fələstindəki səfirlərini geri çağırıb

Türkiyə dünən gecə sionistlərin Qəzzə zolağındakı cinayətlərinə eləcə də Amerikanın öz səfirliyini işğal olunmuş Qüdsə köçürməsinə etiraz əlaməti olaraq bu ölkənin Amerika və işğal olunmuş Fələstindəki səfirlərini geri çağırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ankara bildirib ki, bu təşəbbüs məzlum Fələstin xalqının dərdlərini bölüşmək məqsədi ilə həyata keçib. 

Ankara öz səfirləri ilə Fələstində baş verən son hadisələri müzakirə etmək istəyir. 

Türkiyə həmçinin İslami Əməkdaşlıt Təşkilatının Fələstindəki durumun araşdırılması üçün fövqəladə iclas keçirməsini istəyir.

Cənubi Afrika da dünən gecə sionist rejim hərbçilərinin Qəzzə zolağında törətdiyi cinayətlərə etiraz əlaməti olaraq özünün işğal olunmuş Fələstindəki səfirini geri çağırıb. 

Qəzzə zolağı və digər fələstin əraziləri sakinləri dünən ABŞ-ın işğal olunmuş Qüdsdəki səfirliyinin açılışı ilə eyni zamanda Fələstinin işğal olunması günü(15 may) ərəfəsində etiraz aksiyası keçirib. 

Aksiyaya sionist rejim hərbçiləri hücum edərək 55 fələstinlini şəhid edib, 2 mindən çox adamı yaralayıb. 

Teqlər

May 15, 2018 09:43 Asia/Baku
Şərhlər