• Sionist rejimin səfiri Türkiyədən qovuldu
    Sionist rejimin səfiri Türkiyədən qovuldu

Türkiyənin Xarici İşlər Nazirliyi sionist rejimin Ankaradakı səfirinin qovulmasından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Türkiyə XİN bu güfn sionist rejimin Ankaradakı səfiri Eytan Naeni onlarla fələstinlinin dünən sionist rejim həbçiləri tərəfindən qırğın edilməsinə reaksiya əlaməti olaraq qovub. 

Sionist rejimin Ankaradakı səfiri Eytan Nae ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi və Qəzzə zolağında baş verən hadisələr ilə əlaqədar  öncə Türkiyə XİN-ə çağırılmışdı və ona nota verilmişdi.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün sionist rejimi Fələstində soyqırımı törətməkdə ittiham edib və Fələstin xalqının qəm-kədərinə şərik olmaq əlaməti olaraq Türkiyədə 3 günlük matəm elan edib. 

May 15, 2018 20:38 Asia/Baku
Şərhlər