• Rəcəb Təyyib Ərdoğan - Türkiyə prezidenti
    Rəcəb Təyyib Ərdoğan - Türkiyə prezidenti

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: BMT İsrailin qəzzədəki cinayətləri qarşısında, çökdü, dağıldı, tükəndi.

Röyters-in məlumatına görə, Ərdoğan çərşənbə günü İsrailin Qəzzədəki cinayətləri qarşısında sükut etməyin təhlükəli bir yolun başlanmasından xəbər verən bir anons olduğunu deyərək, dünya ictimaiyyətinin Qəzzə olayları qarşısında nakam qaldığını söyləyib. 

Türkiyə pirezidenti əlavə edib: Əgər İsrailin cinayətləri ölkələr tərəfindən sükut ilə qarşılanarsa, dünya xaosa doğru hərəkət edəcə, dünyaya quldurlar rəhbərlik edəcək. 

Bazar ertəsi günü İsrail rejiminin Qəzzədə 62 fələstinlini şəhid etməsinin ardınca Türkiyə-İsrail əlaqələri gərginləşib. Rəsmi Ankara İsrailin cinayətlərinə reaksiya olaraq öz səfirini İsraildən geri çağırıb və İsrail səfirini də Türkiyədən qovub. 

Sabah cümə İstanbulda Türkiyənin başçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının Qəzzə mövzusunda fövqəladə iclası keçirilməlidir. 

Teqlər

May 17, 2018 11:50 Asia/Baku
Şərhlər