May 19, 2018 08:27 Asia/Baku
  • Ruhani və rdoğan İran və Türkiyə münasibətlərinin inkişaf etdirilməsini vurğulayıblar
    Ruhani və rdoğan İran və Türkiyə münasibətlərinin inkişaf etdirilməsini vurğulayıblar

İran İslam Respublikası prezidenti Türkiyə prezidenti ilə görüşdə reigonal problemlərin həlli, xüsusilə də məzlum Fələstin xalqının müdafiəsində Tehran və Ankara arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İRNA-nın məlumatına görə, İran prezidenti Həsən Ruhani ötən gecə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının zirvə toplantısının kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Tehran-Ankara münasibətləri və məsləhətlərin artırılmasını iki xalq və regionun stabilliyi və təhlükəsizliyinin xeyrinə adlandırıb və deyib: İran və Türkiyənin münasibətlərinin inkişaf etdirilməsi regionun təhlükəsizliyi və stabilliyini gücləndirir. 

İran İslam Respublikası prezidenti ticarət, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində İran və Türkiyənin dost və qardaş münasibətlərini əhəmiyyətli adlandıraraq deyib: İki ölkənin bank əməkdaşlıqlarının inkişafının sürətləndirilməsi ikitərəfli ticarət dövriyyəsinin inkişafı istiqamətində potensiallardan istifadənin olunması ilə nəticələnəcək. 

Ruhani həmçinin regionun həssas dönəmində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsini islam ölkələrinin Fələstin məsələsinə diqqətinin göstəricisi adlandırıb. 

Bu görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da regional məsələlr, eləcə də reigonda sülh və təhlükəsizliyin inkişaf etdirilməsinə çalışmaq istiqamətində İran və Türkiyənin əməkdaşlığı və məsləhətləşmələrini əhəmiyyətli adlandırıb və deyib: Vaşinqtonun bir çox hərəkətləri, o cümlədən nüvə sazişindən birtərəfli şəkildə çıxması, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi dünya ölkələri üçün qəbulediləsi deyildir və bu hərəkətlər qarşısında müqavimət göstərmək lazımdır. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının fövqəladə sammiti Fələstindəki son hadisələr və sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin araşdırılması məqsədilə ötən gecə Türkiyənin İstanbul şəhərində keçirildi. 

ABŞ-ın Təl-Əvivdəki səfirliyi bu ölkə prezidentinin 6 dekabr 2017-ci il qərarı çərçivəsində ötən bazar ertəsi günü Təl-Əvivdən işğal olunmuş Qüds şəhərində Ernona məhəlləsinə köçürüldü. 

Fələstin vətəndaşlarının sionist rejimin işğalçılıqları və ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsinə qarşı aksiyalarında indiyədək 60-dan çox fələstinli Qüds işğalçıları tərəfindən şəhid edilmiş və üç mindən çox fələstinli yaralanmışdır. 

Teqlər

Şərhlər