May 30, 2018 11:33 Asia/Baku
  • Almaniya kansleri Sulingen cinayətini pisləyib
    Almaniya kansleri Sulingen cinayətini pisləyib

Almaniya kansleri bu ölkənin Sulingen şəhərində yaşayan 5 türk sakinin ölümü ilə nəticələnən nyu-nasist ifratçıların "qeyri-insani" hərəkətini pisləyib.

Doyçevele telekanalının verdiyi məlumata görə, Almaniyanın Sulingen şəhərində türk vətəndaşların evinin yandırılmasının 25-ci ildönümündə Almaniya kansleri və bu ölkə rəhbərlərindən bir qrupu hərhansı rasiszm və əcnəbilərə nifrət hallarını pisləyiblər. 

Almaniya kansleri Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu ilə görüşündə deyib: Əcnəbilərə nifrət və rasizm hədəfinə çevrilənləri mühafizə etmək lazımdır və Almaniya dövləti bu sahədə baş vermiş böyük səhvlər və qüsürlara görə bağışlanılmasını istəyir. 

Almaniyanın xarici işlər naziri Haiko Maas da Almaniyada yaşayan türklərə qarşı düşmənçiliklərin davam etməsindən nigaran qaldığını bildirib və deyib: Türk mühacirlər alman cəmiyyətinin bir hissəsini təşkil edir və Almaniya cəmiyyətinə aiddir. 

Almaniya daxili işlər naziri Horst Shöfer də Sulingen hadisəsinin Almaniya rəsmilərinə xəbərdarlıq xarakteri daşıdığını bildirərək bütün siyasi qrupları ifratçılıq, nifrət, təəssübkeşlik təzahürlərinə qarşı birləşməyə və bütün vətəndaşlar arasında dinc yanaşı yaşamaq şəraitinin yaradılması üçün bütün səylərindən istifadə etməyə çağırıb. 

Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu da deyib: Bu faciədən almalı olduğumuz dərs bundan ibarətdir ki, rasiszm qarşısında birləşməliyik və bu kimi hücumların təkrarlanmasına imkan verməməliyik, biz əcnəbilərə qarşı nifrətlə mübarizə aparmalıyıq və cəmiyyətin bütün fərqli bölmələrinin sülh və sakitlik içində biri-biri ilə yaşamasına təminat verməliyik. 

1993-cü il 29 mayda bir neçə sağçı alman gənc əcnəbilərə nifrət təzahürü olaraq Sulingen şəhərində bir evi yandırdı. Bu hadisədə evin 5 türk sakini alovların əhatəsində yanaraq həlak oldu.  

Teqlər

Şərhlər