• Türkiyədə məhkəmə Dəmirtaşın müvəqqəti azadlığa buraxılmasına qarşı çıxıb

Türkiyənin konstitusiya məhkəməsi Xalqların Demokratik Partiyasının prezident seçkilərinə namizədinin müvəqqəti olaraq həbsxanadan çıxması tələbini rədd edib.

İRNA-nın bu gün verdiyi məlumata görə, Türkiyənin konstitusiya məhkəməsi bildirib ki, Xalqların Demokratik Partiyasının keçmiş sədri Səlahəddin Dəmirtaşa heç bir təhlükə mövcud deyil , ona görə də onun seçkilərdə iştirak üçün müvəqqəti olaraq azadlığa buraxılmasına səbəb yoxdur. 

Dəmirtaşın azadlığa buraxılması tələbində bildirilmişdi ki, onun həbsinin davam etməsi onun seçicilər tərəfindən seçilməsi haqqını əngəlləyir, məhkəmə isə bu dəlili rədd edib. 

Türkiyənin qarşıdakı prezident seçkilərinə namizəd Məhərrəm İncə, Maral Akşener və Təməl Karamollaoğlu, sərbəst və ədalətli rəqabətlər üçün digər seçki namizədi Səlahəddin Dəmirtaşın azad edilməsini istəmişdilər. 

Dəmirtaş 19 aydır terrorçu qruplarla əməkdaşlıq və xalqı isyana çağırış ittiihamı ilə müvəqqəti həbsdədir, o Xalqların Demokratik Partiyası tərəfindən prezident seçkilərinə namizəd təqdim olunub. 

Türkiyədə növbədənkənar prezident seçkiləri altı namizədin iştirakı ilə 24 iyunda keçiriləcək. 

Bir il öndə keçirilən konstitusiyaya dəyişiklik referendumuna görə prezident və parlament seçkiləri 3 noyabr 2019-cu ildə keçirilməli idi. 

Teqlər

Jun 14, 2018 09:49 Asia/Baku
Şərhlər