Jul 01, 2018 11:38 Asia/Baku
  • Binalı Yıldırım Milli Məclisin sədrliyinə əsas fiqur
    Binalı Yıldırım Milli Məclisin sədrliyinə əsas fiqur

Türkiyə mediyaları bu ölkənin hazırkı başnaziri Binalı Yıldırımın hakim partiyanın milli məclisin sədrliyi üçün nəzərdə tutduğu ən əsas fiqur olduğunu bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, Hürriyyət qəzeti yazıb ki, Rəcəb Təyyib Ərdoğanın başçılığı ilə təşkil olunan Ədalət və İnkişaf Partiyasının mərkəzi komitəsinin üzvlərinin iclasında Binalı Yıldırım Milli Məclisin sədrliyi üçün ən əsas seçim kimi təqdim olunub. 

İclasda həmçinin yeni parlamentin fəaliyyətə başlaması üçün 7 iyul, prezidentin andiçmə mərasimi üçün isə 8 iyun tarixləri nəzərdə tutulub. 

Türkiyənin yeni hökumət sistemində baş naziri vəzifəsi olmayacaq və Binalı Yıldırım Türkiyənin sonucu baş naziridir. 

Teqlər

Şərhlər