Jul 13, 2018 09:19 Asia/Baku
  • Binəli Yıldırım TBMM-nin yeni sədri seçildi
    Binəli Yıldırım TBMM-nin yeni sədri seçildi

Keçmiş baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçildi.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım cümə axşamı 336 lehinə səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. 

TBMM-in yeni sədrinin seçilməsi üçün keçirilən səsvermədə 600 millət vəkilindən 581-i iştirak edib. 

Hakim Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasından Ərdoğan Toprak, Yaxşı Partiyadan Heyrətəddin Nuh oğlu və Xalqların Demokratik Partiyasından Məral Danış Beştaş yeni parlamentin sədri seçilmək üçün səsvermədə iştirak edən namizədlər olublar. 

Türkiyə Böyük Millət Məclisi ölkə konstitusiyasına dəyişikliyin edilməsindən sonra bir sıra dəyişikliyin şahidi olub. Millət vəkillərinin sayının 550-dən artırılaraq 600-ə çatdırılması bunlardan biridir. 

Teqlər

Şərhlər