• Ərdoğan ticarət mübadilələrində milli puldan istifadəni vurğulayıb
    Ərdoğan ticarət mübadilələrində milli puldan istifadəni vurğulayıb

Türkiyə prezidenti milli pul ilə ticarəti ölkəsinin pul vahidi qarşısında valyutaların bərabərlik əmsaslının artması ilə mübarizədə ən yaxşı yollardan biri adlandırıb.

Rəcəb Tayyıb Ərdoğan Brüsseldən geri dönərkən təyyarədə onu müşayiət edən müxbirlərlə müsahibədə vurğulayıb ki, bu məsələ nəinki Türkiyə, həm də digər ölkələr barədə də özünü göstərir.

O, deyib: Biz İran və Rusiya ilə ticarətdə milli puldan istifadəni müəyyən qədər icra etdik və Çin ilə də bu sahədə danışacağıq.

Türkiyə prezidenti deyib: Türkiyənin maliyyə və xəzinədarlıq nazirliyi, həmçinin ticarət nazirliyinin bu sahədə apardıqları danışıqlar son dərəcə önəmlidir.

Ərdoğan eyni zamanda deyib: Buna rəğmən, ticarət mübadilələrində beynəlxalq valyutalardan istifadəni sıfıra endirmək mümkünsüzdür.

 

Teqlər

Jul 14, 2018 10:16 Asia/Baku
Şərhlər