• Türkiyədə fövqəladə vəziyyətin bitməsi zamanı elan olunub
    Türkiyədə fövqəladə vəziyyətin bitməsi zamanı elan olunub

Türkiyə prezidentinin sözçüsü bu ölkədə fövqəladə vəziyyətin bitməsi zamanını elan edib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin dünən Ankarada keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 18-də başa çatacaq.

O, eyni zamanda qeyd edib ki, fövqəladə vəziyyətin yenidən bərqərar edilməsi imkanı mövcuddur.

Türkiyədə fövqəladə vəziyyət iki il bundan öncə, 2016-cı ilin iyulunda edilmiş uğursuz dövlət çevrilişindən sonra bərqərar olunub və o zamandan bəri bu vəziyyət yeddi dəfə uzadılıbdır.

Türkiyə dövləti 2016-cı il 15 iyul uğursuz çevrilişindən sonra öz müxaliflərindən on minlərlə nəfəri həbs edərək, zindana atıbdır.

Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın göstərişi ilə bu ölkədə fövqəladə vəziyyət tətbiq edilməkdən əlavə, çevrilişlə bağlı təqribən 150 min nəfər dövlət işlərindən çıxarılbdır.

Türkiyə dövləti iddia edibdir ki, Fəthullah Gülən dövlət orqanlarına, məhkəmə, ordu və təhsil sistemlərinə soxularaq, 2016-cı il 15 iyul uğursuz çevrilişini təşkil edib. Gülən isə bu iddianı rədd edərək, bildiribdir ki, onda məqsəd, müxaliflərin yatırılması olubdur.

Teqlər

Jul 14, 2018 10:55 Asia/Baku
Şərhlər