Jul 14, 2018 18:23 Asia/Baku
  • İran yığması gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionu olub
    İran yığması gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionu olub

Türkiyə prezidenti bu ölkə ilə İran İslam Respublikası, Rusiya və Çin arasında milli pul ilə ticarət əməliyyatı prosesinin başlanmasından xəbər verib.

Rəcəb Tayyıb Ərdoğan bu addımda məqsədi Türkiyədə beynəlxalq ticarət üzrə əsas valyutaların məzənnələrinin xoşagəlməz dəyişkənliyinin təsirlərilə mübarizə adlandırıb.

Türkiyə prezidenti deyib: Valyuta məzənnəsi dəyişkənliyi beynəlxalq bir problemdir və ölkələr arasında milli valyutalarla ticarət bu məzənnə dəyişkənliyi ilə mübarizədə ən yaxşı yollardan biridir.

Ərdoğan deyib: Ölkələrdə dollar və avronun məzənnələrinin dəyişkənliyi ixracatçı və idxalatçıları problem və çaş-başlıqla üzləşdirir; buna görə, milli pul ilə ticarət razılaşmasının icrası haqda İran və Rusiya ilə müzakirələr həyata keçirilməkdədir.

Türkiyə İran, Rusiya və Çinin ən mühüm şəriklərindən sayılır.

Son statistikaların müqayisəsi göstərir ki, Türkiyə lirəsi 2018-ci ildə öz dəyərini dollar qarşısında otuz, avro qarşısında isə 25 faiz itiribdir.

2018-ci ilin əvvəllərində bir ABŞ dollarının dəyəri üç lirə yeddi kuruş, bir avronun qiyməti isə dörd lirə beş kuruş olub, bu gün isə hər bir ABŞ dolları dörd lirə 85 kuruşa, hər bir avro isə beş lirə 66 kuruşa dəyişdirilibdir.

Teqlər

Şərhlər