• Türkiyənin ədliyyə naziri ABŞ-ın sanksiyasına reaksiya verib
    Türkiyənin ədliyyə naziri ABŞ-ın sanksiyasına reaksiya verib

Türkiyənin ədliyyə naziri ABŞ-ın ona qarşı sanksiyasına reaksiya verib.

Əbdülhəmid Gül Türkiyədən kənar maliyyələrinin dondurulmasına şamil olan ABŞ-ın ona qarşı sanksiyasına reaksiyada deyib ki, Türkiyədən kənarda, xüsusən Amerikada maliyyəsi yoxdur.

Vaşinqton Türkiyədə həbs olunmuş amerikalı keşiş Andro Brunsonun azad edilməsi barədəki istəyinin Ankara tərəfindən rədd olunmasından sonra dünən bu ölkənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiyalar tətbiq edibdir.

Ağ Evin sözçüsü Sara Sanders də dünən bildiribdir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdulhəmid Gül bu səbəbdən sanksiya olunublar, zira onlar həmin amerikalı keşişin həbs olunması prosesində mühüm rola malik olublar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu hərəkətə reaksiyada bildirib ki, Amerikanın bu hərəkəti cavabsız qalmayacaq və Ankara türkiyəli nazirlərə qarşı tətbiq olunmuş sanksiyalarla bağlı lazımi reaksiyanı verəcəkdir.

Aug 02, 2018 09:30 Asia/Baku
Şərhlər