• İranın xarici işlər naziri ABŞ-ın Türkiyəyə qarşı sanksiyasını pisləyib
    İranın xarici işlər naziri ABŞ-ın Türkiyəyə qarşı sanksiyasını pisləyib

İranın xarici işlər naziri Türkiyənin daxili işlər və ədliyyə nazirlərinin Amerika tərəfindən sanksiya edilmələrini pisləyib.

Amerikanın maliyyə nazirliyi son zamanlar Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdulhəmid Gülü Türkiyədə həbs olunmuş amerikalı keşiş Andro Brunsonun həbs və məhkum edilməsində rol oynadıqlarına görə, sanksiya etdi.

Türkiyə dövləti Brunsonu uğursuz 2016-cı il on beş iyul çevrilişinin əsas konstruktoru hesab edib, onu Fəthullah Gülən təşkilatı ilə əlaqədə olmaqda və terror hərəkətlərində ittihamlandıraraq, 2016-cı ilin oktyabrında həbs edibdir.

Belə bir halda, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün özünün twitter-dəki şəxsi səhifəsində yazıb: Amerikanın bu ölkə ilə müttəfiq dövlət olan Türkiyənin iki nazirinə qarşı qanunsuz sanksiyaları göstərir ki, Birləşmiş Ştatlar dövləti nəinki siyasət yerinə təzyiq və bac almaq ardınca gedir, həm də onun sanksiyaya aludə olması heç bir hədd-hüdud tanımır.

Teqlər

Aug 02, 2018 18:10 Asia/Baku
Şərhlər