• Çavuşoğlu: ABŞ-ın sanksiyaları təsirsizdir
    Çavuşoğlu: ABŞ-ın sanksiyaları təsirsizdir

Türkiyənin xarici işlər naziri ABŞ dövlət katibi Mayk Pompeoya xitabən Türkiyə əleyhinə sanksiyalar və təhdidlərin təsirsiz olacağını deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Sinqapurda deyib: ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyədə həbs olunmuş amerikalı keşişlə bağlı təhdidləri və Vaşinqtonun sanksiyalarının heç bir nəticəsi olmayacaq.

Mövlud Çavuşoğlu bu sözləri ABŞ-ın Türkiyədə həbs olunana amerikalı keşişlə əlaqədar Vaşinqton tərəfindən Türkiyə əleyhinə tətbiq edilən sanksiyalara reaksiya olaraq deyib.

Çavuşoğlu Sinqapurda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdükdən sonra jurnalistlər qarşısında deyib: Öncədən də bildirmişdik ki, təhdid və sanksiyaların heç bir nəticəsi olmayacaq. Və bunu bu gün də bir daha təkrar edirik.

Çavuşoğlu həmçinin deyib: Türkiyə problemlərin diplomatiya və müzakirə, anlaşma və qarşılıqlı anlayış əsasında həll olunmasını istəyir.

Mövlud Çavuşoğlu və Mayk Pompeo Sinqapurda, ASEAN iclasının kənarında görüşüblər.

Vaşinqton çərşənbə günü Türkiyənin daxili işlər və ədliyyə nazirlərinin adlarını sanksiyalar siyahısına daxil edib. Ankara isə ABŞ-ın bu h ərəkətinin cavabsız qalmayacağını bildirib.

Vaşinqton terrorizm və casusluqda ittiham olunan amerikalı keşiş Endro Bransonun azadlığa buraxılmasını istəyir.

Türkiyədə həbsdə olan amerikalı keşiş bir il yarım həbsdə saxlanıldıqdan sonra, ötən həftə ev dustaqlığına buraxılıb. Endro Bransonun FETÖ terror təşkilatı ilə əlaqələri olduğu bildirilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə ixtilafların həll yolları və bu xüsusda görülən tədbirlərin nücəliyini müzakirə etdik. Görüş konstruktiv oldu. Amma, bütün problemlərin bir görüşdə həll olunacağını gözləmək olmaz.

ABŞ dövlət katibi Mayk Pompeo bir müddət öncə "ABŞ-ın sanksiyaları keşiş Endro Bransonun azadlığa buraxılmasında qətiyyətli olduğumuzu göstərir" demişdi.

Aug 03, 2018 14:58 Asia/Baku
Şərhlər