• ABŞ bir NATO üzvünü sanksiya edib
    ABŞ bir NATO üzvünü sanksiya edib

NATO üzvlərindən birinin Amerika tərəfindən sanksiya edilməsi indiyədək görünməmiş bir məsələdir. Hərçənd Ankara da cavab addımı atacağı ilə hədələyibdir.

Türkiyənin cənub-şərqində yerləşən İncirlik hərbi bazasının bağlanması bu ölkə xalqının Ankara-Vaşinqton əlaqələrində siyasi gərginliyin yaranmasından sonra irəli sürdüyü ilk tələb olubdur. Milyonlarla Türkiyə vətəndaşı sosial şəbəkələrdə "Amerikaya baş əyməyəcəyik!", "İncirlik bazası bağlansın!" və "NATO-dan çıxaq!" kimi haştaq ilə Türkiyə dövlətinin iki nazirinin Amerika tərəfindən sanksiya edilməsi məsələsinə reaksiya veribdir.

Bir vətəndaş cəmiyyətinin üzvləri də İncirlik hərbi bazasının yerləşdiyi Adana şəhərinin ədliyyə idarəsinə müraciət edərək, bu hərbi mərkəzdəki on bir amerikalı zabitin və komandanın həbs olunmasını istəyiblər. Onlar Türkiyədə çevriliş amilləri ilə həmkarlıqda ittiham olunublar.

Müsahibə: Biz öz mötəbər sənəd və faktlarımızı, o cümlədən amerikalı hərbçilərin Türkiyədə çevriliş amilləri ilə həmkarlıqları barədəki foto-şəkil və filmi ədliyyə idarəsinə təqdim etdik.

Türkiyədə Vətən Partiyasının sədri Doğu Pərinçək də deyibdir ki, Amerikanın son sanksiyası nəinki iki naziri, həm də bütün Türkiyə cəmiyyəti və hökumətini hədəfə alıbdır. O, Amerikanı Türkiyə dövlətinin müttəfiqi yox, strateji düşməni adlandırıb və İncirlik hərbi bazasının bağlanmasını tələb edibdir.

Ərdoğanın cavab addımı olaraq, Amerikanın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki maliyyə və əmlaklarının müsadirə olunması barədə göstəriş verməsindən sonra anti-Amerika hissləri dalğası bu ölkənin siyasi atmosferini bürüyüb.

Ərdoğan: Amerikanın hərəkəti iki ölkənin strateji ortaqlığına yaraşmayan bir hərəkət idi. Bu, qeyri-məntiqi bir hərəkət və Türkiyəyə hörmətsizlik idi.

Türkiyə-Amerika əlaqələrindəki siyasi gərginlik elə bir halda yüksəlibdir ki, Ankara Vaşinqtonun casusluqda ittiham olunan amerikalı keşişin həbsinin davam edəcəyi təqdirdə, bu ölkəni sanksiya etmək üzrə təhdidini rədd edibdir.

Aug 06, 2018 15:22 Asia/Baku
Şərhlər