• TL dollar qarşısında dəyərini itirir
    TL dollar qarşısında dəyərini itirir

İki türkiyəli nazirin Amerika tərəfindən sanksiya siyahısına daxil edilməsinə görə çaxnaşmaların davam etməsi son günlərdə Türkiyədə valyuta bazarına mənfi təsir etmişdir. Bunun nəticəsində 2018-ci ildə Türkiyə milli valyutası dəyərini 45 faiz itirib.

Türkiyə prezident və parlament seçkilərindən sonra bu ölkənin valyuta bazarı nisbi stabilliyin şahidi olmuşdu ancaq ötən həftə amerikalı keşiş Bronsonun İzmirdə ev dustağı edilməsinə görə Amerika ilə Türkiyə əlaqələrində yaranmış böhran Türkiyə bazarını şoka saldı və seçkilərdən sonra dollar qarşılığında dəyəri 4.6 olan Türkiyə Lirəsinin dollarla qarşılığı 5.27-yə endi. 

Türkiyə mediyalarının bildirdiklərinə görə bu ölkənin valyuta bazarında dolların TL ilə qarşılığı 5.44 təşkil edir bu rəqəm Avro üçün son 24 saatda 6.20-dən 6.31-ə çatıb. 

Türkiyə pulunun xarici valyutalarla qarşılığının araşdırılması göstərir ki, Türkiyənin milli valyutasının dəyəri cari ilin ilk 6 ayında 30 faiz azalıb. Amma dünən Türkiyənin balyuta bazarı növbəti şokun şahidi oldu və bu ölkənin milli valyutası dollar qarşısında dəyərini 15 faiz də itirdi. 

Türkiyədə ekspertlər, xüsusiylə hakim partiyaya yaxın olan analitiklər belə qənaətdədirlər ki, Türkiyə milli valyutasının devalvasiyaya uğraması ölkə rəhbərliyi və vətəndaşları arasında Türkiyə iqtisadiyyatına qarşı növbəti fitnəkar plan barədə ciddi nigarançılıq doğurub. 

Ötən milad ayında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Türkiyə, Rusiya, İran və Çin arasında milli valyutalarla ticarət əməliyyatının başlanmasından xəbər vermişdi və bu qərarda məqsədin meyar valyutaların milli valyuta ilə qarşılığında tez-tez dəyişikliklərin baş verməsinin qarşısını almaq olduğunu bildirmişdi. 

Aug 10, 2018 13:13 Asia/Baku
Şərhlər